Yaz aylarında meydana gələn fırtınalar adətən, göy gurultusunu, şimşəyi və ildırımı özü ilə birgə gətirir. Hər il ildırım vurması nəticəsində az sayda olsa da ölənlər olur. İldırım - göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır. Şimşək - bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıqdır. Çox sadə bir ifadəylə, tək bir ildırım belə bir milyard voltluq elektrik daşıya bilir və bu rəqəm bir insanın ürəyini dayandıra biləcək gücdədir. İngiltərədə hər il ortalama üç adam ildırım vurmasından ölür. ABŞda ildırımdan ölənlərin sayı ildə 30 nəfərdir. Onlarım 85%-i isə kişidir. Bunun da səbəbi kişilərin fırtına zamanı daha çox açıq havada olmasıdır. Ən böyük təhlükə altındakılar da, böyük ehtimalla, sığına biləcəkləri bir yerdən uzaqda və açıq sahədə idman edən golf oyunçularıdır. İngiltərədə hər il 60 insanı ildırı...