Skip to main content

Siqaretin niyə və necə asılılıq yaratdığını düşünmüsünüzmü?

Siqaretin asılılıq yaratdığını demək olar ki bu yazını oxuyan hər kəs bilir. Amma bu asılılığı tam olaraq necə və hansı formada yaratdığını hamımız bilmirik.

Budur! Siqaretin asılılıq yaratma müddəti və siqareti atmağın çətin olma səbəbləri!

Əvvəlcə asılılıq sözünü istifadə edərkən əslində nəyi nəzərdə tutduğumu açıqlayım:

Fiziki asılılıq

Bu tip asılılıqda bədənimiz sağlamlığını və normal fəaliyyətini davam etdirə bilmək üçün hansısa maddəyə ehtiyac duyur. Çünki, o maddənin bir müddət davamlı istifadəsi bədənimizin standart fəaliyyətini dəyişdirərək süni faəliyyət halına salıb. Bu səbəblə də həmin maddənin olmaması bədənimizin süni fəaliyyətini ləngidir və özümüzü pis hiss edirik. 

Buna ən sadə nümunələrdən biri spirtli içkidir. İndi isə uzun müddətdir ki, spirtli içki qəbul etməmiş bir insan düşünün. Bu insan 1 həftə boyunca hər gün spirtli içki qəbul etsin. Bu zaman həmin insanın bədəni yeni və öyrəşilməyən hala keçəcək. Eyni zamanda, müəyyən müddət sonra həmin insan ürək bulanması, baş ağrısı hiss edəcək və qısa müddət sonra sərxoş olacaq. Uzun müddət davamlı olaraq spirtli içki qəbul edən birinin də birdən-birə içkini atması bədənində eyni təsirlər yaradacaq. Çünki bədənin standart fəaliyyəti bu halda da dəyişir.

Lakin bütün asılılıqlar fiziki deyil!

Başladıqda və ya atdıqda fiziki simptonlar yaratmayan asılılıq tipləri də var. Belə hallarda insan yenə də asılı olduğu maddəyə ehtiyac duyur, amma bu ehtiyac hər zaman yaranmır. Misal olaraq, qumar və ya adrenalin asılılığını göstərmək olar.

Əsas mövzumuz olan siqaretin tərkib hissəsi nikotin isə bədənimizdə həm fiziki, həm də psixoloji asılılıqlar yaradır.

Nikotin bir qrup bitki tərəfindən istehsal edilən tamamilə təbii maddədir və qurudulmuş tütündə 3-6% nisbətində tapılır. Nikotin bədənimizdə olan və nikotinik asetilkolin reseptorları olaraq adlandırılan nöqtələrə bağlanır, eyni zamanda bədənimizin 2 əsas hissəsinə təsir edir. Mərkəzi sinir sistemi və Adrenal medulla!

Bədənə daxil olduqdan sonra sözügedən reseptorlara bağlanan nikotin dopamin kimi özümüzü yaxşı hiss etməmizə səbəb olan neyrotransmitterlərin təsirini tezləşdirir.



Qısaca, siqaretin asılılıq yaradan təsiri hormon və neyrotransmitterlərimizdə yaratdığı dəyişiklikdən qaynaqlanır. Və siqareti buraxaraq bədənimizdə nikotin miqdarını azaltdığımız zaman bədənimiz bu hormon və neyrotransmitterlərin təsirini azaldıb artırmaqla özünə yeni bir standart təyin edir. Nikotin çatışmazlığı sonuncu siqareti çəkəndən 2-3 saat sonra başlayır və 2-3 gün ərzində ən pik həddə çatır. Bu zaman kəsiyində narahatlıq, depressiya, yuxu pozuqluğu, baş ağrısı, iştahsızlıq və diqqətsizlik kimi problemlər ortaya çıxa bilər. ''Siqareti atmaq üçün bu problemlərin meydana çıxmasına dəyərmi?'' deyirsinizsə, ''Əlbəttə dəyər! Siz güclüsünüz!''















































Comments

Popular posts from this blog

Cənub qütbünün fəthi və itləri yeyən ekspedisiya üzvləri!

Cənub coğrafi qütbünün fəthində R.Amundseni R.Skottdan üstün edən ən önəmli faktor onun R.Skottdan fərqli olaraq soyuğa davamlı Qrenlandiya itlərindən istifadə etməsi idi. R.Amundsen Cənub qütbünün fəth etməyə ilk cəhdi uğursuz alınır. Belə ki, ilk cəhd 8 sentyabr 1911-ci ildə edilir. Lakin – 56°C şaxtada itlər yata bilmir, xizəklərin hərəkəti mümkünsüz olur, hətta yola götürülən bütün spirtli içkilər donur. İkinci cəhd 20 oktyabr 1911-ci ildə edilir. O, bu səfərdə 52 itdən istifadə edir. R.Amundsen qəribə bir üsula əl atır. O, irəlilədikcə yorulmuş itləri güllə ilə vurur və onları yeniləri ilə əvəzləyir. Güllələnən itin 25 kq-a yaxın ətini ekspedisiya üzvlərinə və digər itlərə verir. R.Amundsen Cənub qütbünü fəth etdikdən sonra, 26 yanvar 1912-ci ildə tam heyətlə düşərgəyə qayıdır. Bu zaman onun 52 itindən 11-i sağ qalmışdı. Bu itlərdən yalnız Obersten adlı iti Norveçə qayıda bilir.  Foto: R.Amundsen və H.Hansen Cənub qütbünə Norveç bayrağını sancır

Qısa və uzun boy arasındakı fərqlərə elmi izah!

Çoxsaylı elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, insanın boyu onun sağlamlığına təsir edir.  - Belə ki, alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda əqli zəiflik) inkişaf riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur. - Alçaqboylu insanlarda (151-165 sm) ürək-damar xəstəliklərinin (o cümlədən, insult və infarkt kimi ağır pozulmaların) inkişaf riski orta və hündürboylu insanlarla müqayisədə daha çoxdur. - Hündürboy lu insanlarla müqayisədə alçaqboylu insanlarda xərçəng xəstəliklərinin inkişafı riski daha böyükdür. Həkimlərin fikirinə görə, bunun səbəbi hündürboylu insanların orqanizmində hücey rələrin daha çox olması və onların orqanlarının daha böyük olmasıdır. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və bu anomal hüceyrələr sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəngin riski də o qədər artmış olu...