Çoxsaylı elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, insanın boyu onun sağlamlığına təsir edir.
- Belə ki, alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda əqli zəiflik) inkişaf riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur.
- Alçaqboylu insanlarda (151-165 sm) ürək-damar xəstəliklərinin (o cümlədən, insult və infarkt kimi ağır pozulmaların) inkişaf riski orta və hündürboylu insanlarla müqayisədə daha çoxdur.
- Hündürboylu insanlarla müqayisədə alçaqboylu insanlarda xərçəng xəstəliklərinin inkişafı riski daha böyükdür. Həkimlərin fikirinə görə, bunun səbəbi hündürboylu insanların orqanizmində hüceyrələrin daha çox olması və onların orqanlarının daha böyük olmasıdır. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və bu anomal hüceyrələr sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəngin riski də o qədər artmış olur. Təbii ki, bu heç də o demək deyil, ki bütün hündürboylu insanlarda mütləq xərçəng inkişaf edəcək.
- Həkimlərin müşahidələrinə əsasən, alçaqboylu insanlar hündürboylu insanlarla müqayisədə daha çox yaşayır.
- Hündürboylu insanlarda şəkərli diabetin riski daha çoxdur.
- Boyu 183 sm-dən artıq olan insanların ayaq damarlarında trombların əmələ gəlmə riski daha çoxdur. Hündürboylu insanların ayaqlarında qan daha asta hərəkət edir ki, bu da durğunluğa və nəticədə trombların əmələ gəlməsinə səbəb ola bilər. Bu həm kişilərə, həm də qadınlara aiddir.
Boy tək insanın sağlamlığına deyil, emosional vəziyyətinə də təsir edir. Belə ki, hündürboylu insanlar özünü daha xoşbəxt hiss edir, özünə daha çox güvənir. Alçaqboylu insanlar isə depressiyalara daha tez-tez düşür.
Orxan Cənub
Elm Azərbaycan platforması
Comments
Post a Comment