Gördüyünüz bu mikroskopla xüsusilə, Afrikada çox rast gəlinən malyariya xəstəliyinə diaqnoz qoyulub ilkin tədbirlər görüləcək. Planetimizdə yaşamış 100 milyard insanın yarıdan çoxunun malyariyadan öldüyünü nəzərə alsaq bu icadın ''əsrimizin icadı'' adlandıra bilərik. Malyariyanın əlamətləri eynilə, qripdə olduğu kimidir. Buna görə də bu əlamətlərin malyariya olduğunu başa düşmək üçün xəstədən qan alaraq sentrifuqa cihazıyla içindəki ağ və qırmızı qan hüceyrələrini ayırmaq lazımdır. Sentrifuqa cihazı olduqca bahalıdır. Afrika kimi bu cihaza möhtac olan ərazilərdə on minlərlə dollara satılır. Bundan əlavə, təəssüflə qeyd etməliyik ki, Afrikanın bəzi bölgələrində elektrik yoxdur. Lakin Manonun kağızdan hazırladığı alət heç bir elektrik sərfiyyatına ehtiyac duymur, eyni zamanda, 1 dollardan da ucuzdur!Eynilə, oyuncaq kağız maketinə bənzəyən mikroskop origami kimi qatlanaraq hazırlanır. Şüşəsini və batareyasını da taxdıqdan sonra demək olar ki, tam təchizatlı mikroskopa çevrilir.
Cənub coğrafi qütbünün fəthində R.Amundseni R.Skottdan üstün edən ən önəmli faktor onun R.Skottdan fərqli olaraq soyuğa davamlı Qrenlandiya itlərindən istifadə etməsi idi. R.Amundsen Cənub qütbünün fəth etməyə ilk cəhdi uğursuz alınır. Belə ki, ilk cəhd 8 sentyabr 1911-ci ildə edilir. Lakin – 56°C şaxtada itlər yata bilmir, xizəklərin hərəkəti mümkünsüz olur, hətta yola götürülən bütün spirtli içkilər donur. İkinci cəhd 20 oktyabr 1911-ci ildə edilir. O, bu səfərdə 52 itdən istifadə edir. R.Amundsen qəribə bir üsula əl atır. O, irəlilədikcə yorulmuş itləri güllə ilə vurur və onları yeniləri ilə əvəzləyir. Güllələnən itin 25 kq-a yaxın ətini ekspedisiya üzvlərinə və digər itlərə verir. R.Amundsen Cənub qütbünü fəth etdikdən sonra, 26 yanvar 1912-ci ildə tam heyətlə düşərgəyə qayıdır. Bu zaman onun 52 itindən 11-i sağ qalmışdı. Bu itlərdən yalnız Obersten adlı iti Norveçə qayıda bilir. Foto: R.Amundsen və H.Hansen Cənub qütbünə Norveç bayrağını sancır
Comments
Post a Comment