Skip to main content

İldırım vuran insan necə görünür? İldırımdan qorunmaq üçün nələr etmək lazımdır?



Yaz aylarında meydana gələn fırtınalar adətən, göy gurultusunu, şimşəyi və ildırımı özü ilə birgə gətirir. Hər il ildırım vurması nəticəsində az sayda olsa da ölənlər olur.

İldırım - göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır. 
Şimşək - bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıqdır.

Çox sadə bir ifadəylə, tək bir ildırım belə bir milyard voltluq elektrik daşıya bilir və bu rəqəm bir insanın ürəyini dayandıra biləcək gücdədir.
İngiltərədə hər il ortalama üç adam ildırım vurmasından ölür. ABŞda ildırımdan ölənlərin sayı ildə 30 nəfərdir. Onlarım 85%-i isə kişidir.
Bunun da səbəbi kişilərin fırtına zamanı daha çox açıq havada olmasıdır. Ən böyük təhlükə altındakılar da, böyük ehtimalla, sığına biləcəkləri bir yerdən uzaqda və açıq sahədə idman edən golf oyunçularıdır.
İngiltərədə hər il 60 insanı ildırım vurur amma onların çoxu sağ qalmağı bacarır. Ancaq bu insanların 3/4-də şikəstlik formalaşır.

İldırımvurma nəticəsində: Tənəffüs və ürək qan - damar sisteminin fəaliyyəti pozula bilər, bədəndə yanıqlar ola bilər, tənəffüs və ürək qan - damar sisteminin fəaliyyəti pozula bilər.

Bədənə ildırım çarpsa - İldırım çarpan və həyatda qala bilən bir insanın daha sonrakı həyatı necə olur?

9 İyun 2009-ci ildə bir yığıncaqda şagirdlər üçün böyük qazanda sosiska qaynadan 64 yaşındakı Eric Brocklebank'ı ildırım vurmuşdu.
Brocklebank'ın dediyinə görə onun əlində çəngəl varmış və ildırım çarpma nəticəsində həmin çəngəli belə əridib. 
Eric Brocklebank'ın ildırım vurması nəticəsində yaranan izlərini görüntüdən izləmək mümkündür.
Bu izlər ildırım vurduqdan sonra bir neçə saat ərzində, bədənin daha çox üst qisimində meydana gəlir və bir neçə gün içində itir.
Elektrik cərəyanı daha sonra bədəninin sağ tərəfindən aşağıya doğru irəlilədi, ombadan sağ və sol qıçına uzandı. Sağ ayağımda üç, sol ayağında iki dəlik meydana gəldi. Yaşadıqlarını izah edən Brocklebank'ı ildırım vurandan dörd il sonra, o hadisənin həm fiziki, həm də ruhi təsirlərinə məruz qalmışdır.

Fırtınalı havalarda nə etməli? Adı çəkilən təbii fəlakət haqqında məlumat verən xəbərdar edici siqnalı.
Mənzildə olduqda:
1. Qapı və pəncərələri bağlayın
2. Radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın
3. Bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su  yaxşı elektrik keçiricisidir.
Küçədə olduqda:
1. Mağara, vadi və alçaq ağaclar ən yaxşı təhlükəsiz yerlər hesab olunur
2. Meşədə açıq sahədə çadır qurmayın
3. Təhlükə vaxtı avtomobili ağac altında saxlamayın

Comments

Popular posts from this blog

Cənub qütbünün fəthi və itləri yeyən ekspedisiya üzvləri!

Cənub coğrafi qütbünün fəthində R.Amundseni R.Skottdan üstün edən ən önəmli faktor onun R.Skottdan fərqli olaraq soyuğa davamlı Qrenlandiya itlərindən istifadə etməsi idi. R.Amundsen Cənub qütbünün fəth etməyə ilk cəhdi uğursuz alınır. Belə ki, ilk cəhd 8 sentyabr 1911-ci ildə edilir. Lakin – 56°C şaxtada itlər yata bilmir, xizəklərin hərəkəti mümkünsüz olur, hətta yola götürülən bütün spirtli içkilər donur. İkinci cəhd 20 oktyabr 1911-ci ildə edilir. O, bu səfərdə 52 itdən istifadə edir. R.Amundsen qəribə bir üsula əl atır. O, irəlilədikcə yorulmuş itləri güllə ilə vurur və onları yeniləri ilə əvəzləyir. Güllələnən itin 25 kq-a yaxın ətini ekspedisiya üzvlərinə və digər itlərə verir. R.Amundsen Cənub qütbünü fəth etdikdən sonra, 26 yanvar 1912-ci ildə tam heyətlə düşərgəyə qayıdır. Bu zaman onun 52 itindən 11-i sağ qalmışdı. Bu itlərdən yalnız Obersten adlı iti Norveçə qayıda bilir.  Foto: R.Amundsen və H.Hansen Cənub qütbünə Norveç bayrağını sancır

Siqaretin niyə və necə asılılıq yaratdığını düşünmüsünüzmü?

Siqaretin asılılıq yaratdığını demək olar ki bu yazını oxuyan hər kəs bilir. Amma bu asılılığı tam olaraq necə və hansı formada yaratdığını hamımız bilmirik. Budur! Siqaretin asılılıq yaratma müddəti və siqareti atmağın çətin olma səbəbləri! Əvvəlcə asılılıq sözünü istifadə edərkən əslində nəyi nəzərdə tutduğumu açıqlayım: Fiziki asılılıq Bu tip asılılıqda bədənimiz sağlamlığını və normal fəaliyyətini davam etdirə bilmək üçün hansısa maddəyə ehtiyac duyur. Çünki, o maddənin bir müddət davamlı istifadəsi bədənimizin standart fəaliyyətini dəyişdirərək süni faəliyyət halına salıb. Bu səbəblə də həmin maddənin olmaması bədənimizin süni fəaliyyətini ləngidir və özümüzü pis hiss edirik.  Buna ən sadə nümunələrdən biri spirtli içkidir. İndi isə uzun müddətdir ki, spirtli içki qəbul etməmiş bir insan düşünün. Bu insan 1 həftə boyunca hər gün spirtli içki qəbul etsin. Bu zaman həmin insanın bədəni yeni və öyrəşilməyən hala keçəcək. Eyni zamanda, müəyyən müddət sonra həmin insa...

Qısa və uzun boy arasındakı fərqlərə elmi izah!

Çoxsaylı elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, insanın boyu onun sağlamlığına təsir edir.  - Belə ki, alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda əqli zəiflik) inkişaf riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur. - Alçaqboylu insanlarda (151-165 sm) ürək-damar xəstəliklərinin (o cümlədən, insult və infarkt kimi ağır pozulmaların) inkişaf riski orta və hündürboylu insanlarla müqayisədə daha çoxdur. - Hündürboy lu insanlarla müqayisədə alçaqboylu insanlarda xərçəng xəstəliklərinin inkişafı riski daha böyükdür. Həkimlərin fikirinə görə, bunun səbəbi hündürboylu insanların orqanizmində hücey rələrin daha çox olması və onların orqanlarının daha böyük olmasıdır. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və bu anomal hüceyrələr sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəngin riski də o qədər artmış olu...