Tarixin ən gözəl intiharı” adı verilən intihar hadisəsi 1947-ci il 1 may tarixində baş vermişdir. 24 yaşlı gənc və gözəl xanım Evelyn McHale Nyu-Yorkda yerləşən məşhur Empire State-in (102 mərtəbəli göydələn) 83-cü mərtəbəsindən özünü ataraq intihar etmişdir. Nəticədə binanın aşağısında dayanmış BMT-ə aid olan limuzin avtomobilinin üzərinə düşüb ölmüşdür. Həmin vaxt təsadüfən oradan keçən fotoqraf Robert C. Wiles tərəfindən bu hadisə lentə alınmışdır.
Maraqlı fakt: Empire State göydələni tikildiyi müddətdən yəni, 1931-ci ildən bəri 36 insan özünü bu binanın 17-ci – 86-cı mərtəbələrindən atmışdır. Evelyn-in intiharı həmin binada baş vermiş 12-ci intihar sayılır. Onun intiharı üç həftə ərzində baş vermiş 5-ci intihar hadisəsi idi. Daha sonra, göydələndəki eyvanların hər birinin divarının hündürlüyü artırıldı, sədd çəkildi, ancaq insanlar özlərini bu dəfə də ofis pəncələrindən atmağa davam etdilər.
Cənub coğrafi qütbünün fəthində R.Amundseni R.Skottdan üstün edən ən önəmli faktor onun R.Skottdan fərqli olaraq soyuğa davamlı Qrenlandiya itlərindən istifadə etməsi idi. R.Amundsen Cənub qütbünün fəth etməyə ilk cəhdi uğursuz alınır. Belə ki, ilk cəhd 8 sentyabr 1911-ci ildə edilir. Lakin – 56°C şaxtada itlər yata bilmir, xizəklərin hərəkəti mümkünsüz olur, hətta yola götürülən bütün spirtli içkilər donur. İkinci cəhd 20 oktyabr 1911-ci ildə edilir. O, bu səfərdə 52 itdən istifadə edir. R.Amundsen qəribə bir üsula əl atır. O, irəlilədikcə yorulmuş itləri güllə ilə vurur və onları yeniləri ilə əvəzləyir. Güllələnən itin 25 kq-a yaxın ətini ekspedisiya üzvlərinə və digər itlərə verir. R.Amundsen Cənub qütbünü fəth etdikdən sonra, 26 yanvar 1912-ci ildə tam heyətlə düşərgəyə qayıdır. Bu zaman onun 52 itindən 11-i sağ qalmışdı. Bu itlərdən yalnız Obersten adlı iti Norveçə qayıda bilir. Foto: R.Amundsen və H.Hansen Cənub qütbünə Norveç bayrağını sancır
Comments
Post a Comment