Skip to main content

Hörümçəklər teorik olaraq cəmi bir il ərzində bütün insanları yeyə bilər!

 Bunu çox hiss etməsək də, hörümçəklər ətrafımızı tamamilə əhatə edib! Bu yaxınlarda aparılan elmi araşdırmalardan biri göstərir ki, Şimali Karolinada olan evlərin hamısında ən az 15 hörümçək mövcuddur. Araşdırmalardan sonra o da məlum olub ki, evlərin hamam və yataq otaqlarında hörümçəklər daha çoxdur. 


Hörümçəklərin əksəriyyəti həşəratlarla qidalanır. Daha böyükləri isə kərktənkələ, quş və kiçik məməli heyvanlarla... Avropalı iki bioloq hörümçəklərin qidalanması barədə apardığı araşdırmada “Bir il ərzində bütün hörümçəklərin yediyi qidanın miqdarı nə qədərdir?” sualını cavablandırmağa çalışıb.

Martin Nyffeler və Klaus Birkhofer‘in '' Science of Nature '' jurnalında dərc olunan məqaləsində ortaya çıxan rəqəmlər hər kəsi şok edib. Dünyadakı bütün hörümçəklər bir il ərzində 400-800 milyon ton arası qida qəbul edir. Bu rəqəmlər göstərir ki, teorik olaraq hörümçəklər dünyada yaşayan 7 milyard insanı yeyə bilər və bu onların bir illik qida ehtiyacından daha azdır.

Hörümçəklər hamımızı yesələr belə yenə də ac qalacaqlar!

Müqayisə üçün: Hal hazırda dünyada yaşayan bütün insanların bioçəkisi təxminən 287 milyon tona yaxındır. Hətta, yeni doğulan uşaqların ümumi çəkisinin cəmi olan 70 milyon tonu da əlavə etsək bu hörümçəklərin illik qida ehtiyacını qarşılamır. Qısaca, hörümçəklər hamımızı yesələr belə yenə də ac qalacaqlar.

Martin Nyffeler və Klaus Birkhofer’in araşdırması bəzi başqa maraqlı faktları da ortaya çıxardı. Dünyada ortalama hər kvadrat metrə 131 hörümçək düşür. Səhra və daha təmiz yerlərdə hörümçəklərin sayı çox az olsa da, daha çirkli və nəm yerlərdə onların sayı daha çoxdur. Məsələn, gecə yatdığımız yataqların altında, hamamlarda bu rəqəm daha yüksəkdir.Dünyada yaşayan bütün hörümçəklərin miqdarı isə təxminən 25 milyon tona yaxındır. Müqayisə üçün Titanic gəmisinin ağırlığının 52.000 ton olduğunu qeyd edə bilərəm.


Comments

Popular posts from this blog

Cənub qütbünün fəthi və itləri yeyən ekspedisiya üzvləri!

Cənub coğrafi qütbünün fəthində R.Amundseni R.Skottdan üstün edən ən önəmli faktor onun R.Skottdan fərqli olaraq soyuğa davamlı Qrenlandiya itlərindən istifadə etməsi idi. R.Amundsen Cənub qütbünün fəth etməyə ilk cəhdi uğursuz alınır. Belə ki, ilk cəhd 8 sentyabr 1911-ci ildə edilir. Lakin – 56°C şaxtada itlər yata bilmir, xizəklərin hərəkəti mümkünsüz olur, hətta yola götürülən bütün spirtli içkilər donur. İkinci cəhd 20 oktyabr 1911-ci ildə edilir. O, bu səfərdə 52 itdən istifadə edir. R.Amundsen qəribə bir üsula əl atır. O, irəlilədikcə yorulmuş itləri güllə ilə vurur və onları yeniləri ilə əvəzləyir. Güllələnən itin 25 kq-a yaxın ətini ekspedisiya üzvlərinə və digər itlərə verir. R.Amundsen Cənub qütbünü fəth etdikdən sonra, 26 yanvar 1912-ci ildə tam heyətlə düşərgəyə qayıdır. Bu zaman onun 52 itindən 11-i sağ qalmışdı. Bu itlərdən yalnız Obersten adlı iti Norveçə qayıda bilir.  Foto: R.Amundsen və H.Hansen Cənub qütbünə Norveç bayrağını sancır

Siqaretin niyə və necə asılılıq yaratdığını düşünmüsünüzmü?

Siqaretin asılılıq yaratdığını demək olar ki bu yazını oxuyan hər kəs bilir. Amma bu asılılığı tam olaraq necə və hansı formada yaratdığını hamımız bilmirik. Budur! Siqaretin asılılıq yaratma müddəti və siqareti atmağın çətin olma səbəbləri! Əvvəlcə asılılıq sözünü istifadə edərkən əslində nəyi nəzərdə tutduğumu açıqlayım: Fiziki asılılıq Bu tip asılılıqda bədənimiz sağlamlığını və normal fəaliyyətini davam etdirə bilmək üçün hansısa maddəyə ehtiyac duyur. Çünki, o maddənin bir müddət davamlı istifadəsi bədənimizin standart fəaliyyətini dəyişdirərək süni faəliyyət halına salıb. Bu səbəblə də həmin maddənin olmaması bədənimizin süni fəaliyyətini ləngidir və özümüzü pis hiss edirik.  Buna ən sadə nümunələrdən biri spirtli içkidir. İndi isə uzun müddətdir ki, spirtli içki qəbul etməmiş bir insan düşünün. Bu insan 1 həftə boyunca hər gün spirtli içki qəbul etsin. Bu zaman həmin insanın bədəni yeni və öyrəşilməyən hala keçəcək. Eyni zamanda, müəyyən müddət sonra həmin insa...

Qısa və uzun boy arasındakı fərqlərə elmi izah!

Çoxsaylı elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, insanın boyu onun sağlamlığına təsir edir.  - Belə ki, alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda əqli zəiflik) inkişaf riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur. - Alçaqboylu insanlarda (151-165 sm) ürək-damar xəstəliklərinin (o cümlədən, insult və infarkt kimi ağır pozulmaların) inkişaf riski orta və hündürboylu insanlarla müqayisədə daha çoxdur. - Hündürboy lu insanlarla müqayisədə alçaqboylu insanlarda xərçəng xəstəliklərinin inkişafı riski daha böyükdür. Həkimlərin fikirinə görə, bunun səbəbi hündürboylu insanların orqanizmində hücey rələrin daha çox olması və onların orqanlarının daha böyük olmasıdır. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və bu anomal hüceyrələr sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəngin riski də o qədər artmış olu...